AR Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü təsdiqləyir ki, sizin rəhbərlik etdiyiniz nazirliyin mərkəzi aparatında yüksək vəzifəli polis zabitlərindən ibarət mütəşəkkil cinayətkar dəstə illər boyu tam sərbəst fəaliyyət göstərmişdir. Nə siz, nə sizin müavinləriniz, nə də nazirliyin daxili təhlükəsizlik xidməti bu mütəşəkkil cinayətkar dəstənin fəaliyyətini duymamış, görməmiş və təbii, heç bir tədbir görməmişsiniz. Belə bacarığa yalnız qibtə etmək qalır.
Məktubumun əvvəlində məhkəmə hökmünə ona görə istinad edirəm ki, məni məhkəməyə verib nazirliyin zədələnmiş şərəf və ləyaqətinin əvəzində böyük məbləğdə cərimə tələb etməyəsiniz. Yəni sizin lap yanınızda mütəşəkkil cinayətkar dəstənin fəaliyyət göstərdiyini mən demədim, Ali Məhkəmə dedi.
Fəqət, mənim də sizin nazirliyin işçilərinin fəaliyyəti haqqında deməyə sözüm var. Bu dəfə sizin məhkəməyə müraciətinizdən və ya digər təsir vasitələrinizdən çəkinməyərək bu sözü sizə və cəmiyyətə çadtırmağı faydalı sanıram. Zira, Daxili İşlər Nazirliyi, məncə, yenə də vətəndaşlarımızın Konstitusiya hüquq və azadlıqlarına, sağlamlıq və təhlükəzisliyinə, dövlətimizin daxildə və xaricdə hörmətinə və qanunlarımızın aliliyinə qarşı fəaliyyətini davam etdirir. Mən isə bunları açıq söyləyirəm ki, bundan sizin və cəmiyyətin yenə xəbəri olmaz, qəfildən yeni mütəşəkkil cinayətkar dəstə məsələsi üzə çıxar.
Iyun ayının 14-də Nəsimi rayonunun ərazisində yerləşən «Alaturka» kafesində Latın Amerikasının tanınmış inqilabşısı Ernesto Çe Gevaranın xatirəsinə həsr edilmiş bir yığıncaq keçirilmişdir. Tədbirdə Çe barədə sənədli film nümayiş etdirilmiş, Kubanın Bakıdakı Fövqəladə və səlahiyyətli səfiri söz söyləmiş, iştirakçı gənclər öz «ürək sözlərini» dilə gətirmişlər.
Heç bir qanun vətəndaşları qapalı yerlərdə toplantı keçirməsini qadağan etmir. «Sərbəst toplaşmaq azadlığı haqqında» qanun yalnız küçə və meydanlarda keçirilən toplantıları tənzimləyir. Bu sadə həqiqətə baxmayaraq, polis işçiləri kafeyə girmiş və oradakı gəncləri Nəsimi rayonunun 22-ci polis bölməsinə aparmışlar. Orada onlara mənəvi və fiziki təzyiq göstərilmişdir. Bu hadisə ilə bağlı məndə bir neçə sual yaranır və sizin onlara cavab verməyinizi gözləyirəm.
1.Əgər qanun vətəndaşlara qapalı yerlərdə - mənzil, kafe, restoran, idarə və mədəniyyət saraylarında - toplantı keçirməyi qadağan etmirsə, sizin rəhbərlik etdiyiniz nazirliyin işçilərinin toplantını dağıtması və iştirakçıları zorən polis bölməsinə aparması nəyin əlamətidir:
a)Milli Məclisə və Prezidentə ehtiyac qalmadan sizin şəxsi qanunvericilik səlahiyyətinizin;
b)polis zabitlərinin qanunlara və vətəndaş azadlıqlarına hörmətsizliyinin;
c)nazirlikdə hökm sürən dərəbəyliyin və cəhalətin.
2.Əgər DİN işçiləri bundan sonra da qapalı yerlərdə keçirilən toplantıları dağıdacaqsa, bu nəyin əlamətidir:
a)2008-ci ilin oktyabrında keçiriləcək prezident seçkilərinə hakimiyyətin hazırlığının;
b)AR Konstitusiyasnın insan hüquq və azadlıqlarına aid olan hissəsinin de-fakto ləğvinin və ya dondurulmasının.
3.Əgər Ernesto Çe Gevaranın xatirəsinə həsr edilmiş toplantı dağıdılırsa və tədbirin iştirakçıları mənəvi və fiziki təzyiqə məruz qalırsa, fərz edək, Heydər Əliyevin xatirəsinə həsr edilmiş qeyri-yapçıların toplantısı da dağıdılacaqmı? Yoxsa bu qeyri-qanuni zorakılıq yalnız imperizalizmlə, zülmə və diktaturaya qarşı mübarizə aparmış şəxsiyyətlərə aiddir?
4.Polis bölməsində jurnalist həmkarım, 2003-cü ildə polis zorakılığına məruz qalaraq sağlamlığını itirmiş və II qrup əlilə çevrilmiş Emin Hüseynliyə qarşı növbəti zorakılıq törədilmiş və o, həyatına təhlükə yaradan növbəti zədə almışdır. Polis bölməsində vətəndaşın sağlamlığına, təhlükəsizliyinə və ləyaqətinə qarşı zorakı hərəkəti törədən zabit kimə və nəyə arxalanırmış:
a)DİN-də işlədiyi üçün AR Konstitusiyasını tapdalamaq hüququna malik olmasına;
b)Azərbaycan vətəndaşlarının dövlətdən heç bir himayə və müdafiə tapmayacağı qənaətinə;
c)DİN daxilində üzvü olduğu və hələ ifşa edilməmiş mütəşəkkil cinəyətkar dəstənin gücünə və havadarlığına.
5. Azərbaycan müstəqilləşəndən sonra öz peşə vəzifəsinin icrası zamanı öldürülmüş, şikəst edilmiş, məhbəslərə atılmış, döyülmüş və təhqir edilmiş jurnalistlərimizin sayı həddən çoxdur. Jurnalistlərimizə qarşı bu cinayətlərin bir hissəsini erməni terrorçuları, bir hissəsini istintaq orqanları tərəfindən kimliyi açılmamış naməlum şəxslər, bir hissəsini hüquq-mühafizə orqanlarının işçiləri törətmişlər. Cənab nazir, hüquqları pozulan, canı və ruhu əzilən azəri jurnalistləri yuxarıda sadaladığım üç qrup arasında fərqi hansı meyarlar əsasında müəyyənləşdirməlidir?
6.Nəhayət, polis bölməsində polis zabitinin zorakı hərəkəti nəticəsində səhhəti ağırlaşmış jurnalist üçün təcili tibbi yardım maşını çağırmaqdan imtina edən DİN işçilərinin hərəkəti və ya hərəkətsizliyi nazirliyin hansı təlimatına uyğundur?
7. Nə vaxta qədər polis öz vəzifə borcunu icra edən jurnalistəri döyəcək, diktofon və kameralarını alıb sındıracaq və onların barəsində təhqiramiz və yalan məlumat yayacaq?
Cənab nazir, sizə ünvanladığım sualların cavabları şəxsən mənim üşün əyandır. Fəqət, ümid edirəm ki, cavablarınızla cəmiyyəti də əhli-hal edəcəksiniz.
DİN-ə qarşı iddia ərizəsi Strasburqda, Avropa İnsan Haqları Məhkəməsində növbə gözləyən jurnalist Zərdüşt Əlizadə.
Məktubumun əvvəlində məhkəmə hökmünə ona görə istinad edirəm ki, məni məhkəməyə verib nazirliyin zədələnmiş şərəf və ləyaqətinin əvəzində böyük məbləğdə cərimə tələb etməyəsiniz. Yəni sizin lap yanınızda mütəşəkkil cinayətkar dəstənin fəaliyyət göstərdiyini mən demədim, Ali Məhkəmə dedi.Fəqət, mənim də sizin nazirliyin işçilərinin fəaliyyəti haqqında deməyə sözüm var. Bu dəfə sizin məhkəməyə müraciətinizdən və ya digər təsir vasitələrinizdən çəkinməyərək bu sözü sizə və cəmiyyətə çadtırmağı faydalı sanıram. Zira, Daxili İşlər Nazirliyi, məncə, yenə də vətəndaşlarımızın Konstitusiya hüquq və azadlıqlarına, sağlamlıq və təhlükəzisliyinə, dövlətimizin daxildə və xaricdə hörmətinə və qanunlarımızın aliliyinə qarşı fəaliyyətini davam etdirir. Mən isə bunları açıq söyləyirəm ki, bundan sizin və cəmiyyətin yenə xəbəri olmaz, qəfildən yeni mütəşəkkil cinayətkar dəstə məsələsi üzə çıxar.