Reklam verin!
Adminİyun 27, 2008 17:00

Jurnalist xəstəxanadan çıxıb, amma səhhətində problemlər davam edir

Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov evə buraxılıb. Məlumatı “Media Forum” saytına E.Hüseynov özü verib. RATİ rəhbəri Kliniki Tibbi Mərkəzin nevrologiya şöbəsinin müdiri Nərgiz Əzizovanın, müalicə həkimi Rəna Muxtarovanın imzası ilə ona epiqriz təqdim edildiyini bildirib. E.Hüseynovun sözlərinə görə, sənəddə ona qoyulmuş diaqnoz tam göstərilməsə də, bütün əlamətlər əks olunub.


“Burda yazılanlara görə, ağrılar məndə fəqərələrarası disklərin yerdəyişməsindəndir. Ayın 14-də xəstəxanaya aparılarkən baş ağrıları, baş gicəllənmələri, ürək bulanması, ürək döyünmələri, əl-qolun keyləşməsi əlamətləri ilə qəbul edilmişəm. Diaqnoz kimi 4-5 xəstəlik qeyd olunub. Onu da hələ 2003-cü il oktyabrın 16-da aldığım travmanın əlamətləri də bura daxil edilib. Qan dövranının pozulması, boyun və onun ətrafındakı ağrılar və sairə qeyd olunub. Lakin həkimin şifahi şəkildə mənə dediyi ”kəllə-beyin travması" diaqnozu bu sənəddə öz əksini tapmayıb".
E.Hüseynov iyunun 27-də mətbuat konfransı keçirməyi planlaşdırdığını bildirib: “Amma o vaxta qədər xəstəlik tarixini də xəstəxanadan götürmək istəyirəm. Çünki orada xəstəxanaya hansı vəziyyətdə aparıldığım, hansı müayinə və müalicələrdən keçdiyim qeyd olunub”.
Həkim RATİ sədrinə sanator-kurort və fizioterapiya müalicəsi məsləhət bilib.
E.Hüseynov dünən Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebinin siyasi məsələlər üzrə müşaviri Klear Delesardın xəstəxanada ona baş çəkdiyini də bildirib: “Ona hadisə haqqında danışdım. Polisin fiziki təzyiqinə məruz qalmağımın yalnız qorxutmaqla bağlı olduğunu dedim. Müşavir bu faktı diqqətdə saxlayacaqlarını və görüş barədə cənab Semnebiyə məruzə edəcəklərini deyib”.
E.Hüseynov aldığı travmadan sonra qulaqlarında problemin yarandığını deyib: “Küy, cingilti səsləri kəsilmir. Bununla bağlı 4 saylı şəhər xəstəxanasına müraciət etməyi məsləhət biliblər”.
E.Hüseynov iyunun 14-də paytaxtdakı “Alaturka” kafesində Çe Gevaranın 80 illiyi mərasimi dağıdılarkən Nəsimi rayon 22-ci polis bölməsinə aparılıb və təzyiqə məruz qalıb. Olayla bağlı E.Hüseynovun vəkilləri lazımi hüquqi addımları atıblar.

Bookmark and Share
XəbərlərŞərhlər(0)     Baxış sayı:63

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha